YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

0
yap-bineqedi-rayon-teskilati-ramiz-goyusov

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 6-cı mikrorayon, 3215-ci məhəllə, 1410-cu keçid ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Bineqedi.info xəbər verir ki, iclası ərazi ilk partiya təşkilatının sədri Dilbər Səmədova açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Hesabat məruzəsi ilə çıxış edərək təşkilat tərəfindən görülən işlər haqqında ətraflı məlumat verib.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edilib və ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Daha sonra gündəlikdə duran digər məsələrlə bağlı müzakirələr aparılıb.

yap-bineqedi-rayon-teskilati-ramiz-goyusov1

Ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət idarə heyəti, Dilbər Səmədova, Güllü Fətəliyeva sədr müavinləri və Fəridə Yunusova sədri seçiliblər.

Fəridə Yunusova çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

İclasda yekun nitq söyləyən Yeni Azərbaycan partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci il noyabrın 21-də ölkəmizin ağır sınaqlara məruz qaldığı dövrdə yaradıldığını qeyd edib və keçdiyi keçməkeşli tarixdən danışıb.

yap-bineqedi-rayon-teskilati-ramiz-goyusov2

Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir başa təşəbbüsü və rəhbərliyi altında ölkəmizdə aparılan sosial, iqtisadi və digər sahələri əhatə edən islahatlardan danışıb. Bu uğurların əldə edilməsində və təbliğində Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin