Binəqədidə təhsil: 135 nömrəli tam orta məktəb barədə məlumatlar

0

Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəb Binəqədi rayonunda yerləşir. Bineqedi.info xəbər verir ki, təhsil müəssisəsi 1970-ci ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ildə əsaslı təmir olunub və Prezident İlham Əliyev açılışda iştirak edib. Məktəb 1 növbəli, 5 günlük fəaliyyət göstərir. Yalnız Azərbaycan bölməsindən ibarətdir. Məktəb fəaliyyət göstərdiyi ilk gündən öz ənənələri ilə fərqlənən bir təhsil ocağıdır. Şagirdlər qızıl-gümüş medalla məktəbi qurtarıb, hazırda Respublikamızın müxtəlif bölgələrində məsul vəzifələrdə çalışırlar.

bineqedi-mekteb-tehsil

Azərbaycandan kənarda da vətənimizin mənafeyini qoruyan çoxlu məzunlar bu gün də öz işlərini məsuliyyətlə davam etdirirlər.

Məktəb general Əliağa Şıxlinskinin adını daşıyır. Əliağa Şıxlinskinin həyat və hərbi fəaliyyəti şagirdlərə bir örnəkdir. Milli qəhrəman Rafiq İsmayılov məktəbin məzunudur.

bineqedi-rayon-mekteb-tehsil-sagird-usaq

Hazırda məktəbdə 579 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 57 müəllim məşğul olur. Onlardan 4 nəfəri Respublikamızın Əməkdar müəllimidir. Hər il məzunlar ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edirlər. 600-dən çox bal toplayan şagirdlərin sayı ildən-ilə artır.

Məktəbin direktoru Əməkdar müəllim Həsənova Sadəgül Abbas qızıdır.

bineqedi-rayon-mekteb-tehsil-sagird-usaq2

Məktəbin əlaqə telefonu: 012 561-80-50

Email: 135mekteb@bakuedu.gov.az

Ünvan: 8-ci mkr., İ. Dadaşov küçəsi 79

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin