Binəqədidə Mərkəzi Kitabxanada Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

0

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi rayon Gənclər Birliyinin sədri Anar Əliyev, MKS-nin direktoru Rəna Biləndərli, 102 və 3 saylı tam orta məktəbin müəllim kollektivi və məktəblilər iştirak ediblər.

bineqedi-tedbir-melumat-kitabxana-musteqillik-gunu1

Tədbiri giriş sözü ilə açan kitabxananın Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyevanın “Müstəqillik tariximiz” adlı çıxışını, kitabxananın İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva, sistem inzibatçıları Dürdanə Talıbova, Nüşabə Məlikova, Abuta Nəzərli davam etdirərək müstəqillik tariximizin müxtəlif anlarını tarixi faktlarla və xronoloji ardıcıllıqla iştirakçılara təqdim ediblər.
Kitabxananın Uşaq şöbəsinin müdiri Səidə Sərdarova İ. Piriyevin “Müstəqil vətənin memarı” adlı poemasından parça səsləndirib.
Daha sonra Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Əliyev bu günün nə qədər önəmli olması və gənclərin bu işdə belə fəal olmasını yüksək qiymətləndirib.
Sonda tədbir iştirakçıları kitabxananın fondundan təşkil olunmuş “Müstəqilliyimiz əbədidir” adlı sərgi ilə tanış olublar.
Tədbirin məqsədi gənc oxucular və məktəblilər arasında milli-mənəvi dəyərlərin aşılanması və təbliğidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin