Biləcəri qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirilib – Fotolar

0
bineqedi-rayonu-qebul-elxan-allahverdiyev

297 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirilib.

Bineqedi.info xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanları və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

bineqedi-rayonu-qebul-bileceri.jpg

Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

bineqedi-rayonu-qebul-bileceri2.jpg

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin