YAP Binəqədi rayon təşkilatının bu fəalları ilə görüş keçirilib – Fotolar

0
yap-bineqedi-rayon-teskilati

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Heydər Hüseynov küçəsi 19 ünvanlı ərazi ilk partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Bineqedi.info xəbər verir ki, görüşü giriş nitqi ilə açan YAP-ın üzvü, Bakı Humanitar Kollecin direktoru Vaqif Əmiraslanov partiya üzvlərini və qonaqları salamlayıb.

yap-bineqedi-rayon-teskilati1.jpg

Bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard və mütəşəkkil siyasi partiyası olaraq öz nüfuzunu qoruyub-saxlayır, regionun ən böyük siyasi partiyası dünya ölkələrinin iqtidar partiyaları ilə sıx əməkdaşlıq edir.

Bu gün bu partiya sıralarında insanların təmsil olunması və üz tutanların sayının durmadan artması dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir.

Daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov geniş nitq söyləyib.

Qeyd etdi ki, rayon təşkilatı mütəmadi olaraq partiya üzvləri ilə görüşlər keçirir. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd partiya üzvləri ilə sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin öyrənilməsi, onların ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir.

yap-bineqedi-rayon-teskilati2.jpg

Ramiz Göyüşov nitqində ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edib. Dünyanın aparıcı, sivilizasiyanın beşiyi adlandırılan ölkələrdən olan Suriyə, İraqda hökm sürən dəhşətli vəziyyətdən danışıb.

Demokratiya adı altında bir sıra güclü dövlətlərin öz ambisiyaları ucbatından törətdikləri hadisələrdən bəhs edib.

Azərbaycanımızı qorumağın, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olmasının hər bir vətəndaşın ən vacib və müqəddəs borcu olduğunu diqqətə çatdırıb.

İnsanlarımızı, partiya üzvlərini bu cür siyasi situasiyalarda daha da ayıq-sayıq olmağa, dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb.

Ramiz Göyüşov nitqində gənclərlə görüşlərə hər zaman əhəmiyyət verildiyini, onların daha təşəbbüskar və fəal olmalarının vacibliyini bildirib.

Onları partiya fəaliyyətində yaxından iştiraka dəvət edib.

Görüşdə həmçinin təşkilati məsələlər müzakirə edildi və qərarlar qəbul edilib.

Qərarlara əsasən ərazi ilk partiya təşkilatına yeni sədr və müavinlər, Qadınlar Şurasına sədri və kollec üzrə koordinator və müavinləri seçilib.

Ərazi ilk partiya təşkilatına yeni seçilən sədr müavini Talıb Zülfiyev çıxış edərək YAP sıralarında təmsil olunmağın böyük etimad olduğunu və bu etimadı doğruldacağını söyləyib.

Görüş bədii hissə ilə davam etdirilib.

Bədii hissədə Bakı Humanitar Kollecin Cahangir Cahangirov adına Xor kollektivi, kollecin müəllimləri Cabir Həsənov və Tuqay İsmayılovun ifaları ilə ilə yekunlaşıb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin