Bacısı itkin düşən qardaş Binəqədi polisinə müraciət edib

0
itkin-qadin-tenha
Nərimanovada yaşayan qadın itkin düşüb.
Bineqedi.info-nun lent.az-a istinadən xəbər verir ki, bu barədə onun qardaşı 1988-ci il təvəllüdlü Nərimanov rayonunda yaşayan Ramin Rahib oğlu Muradov oktyabrın 8-də Binəqədi Rayon 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edib.
O, müraciətində bildirib ki, onunla eyni eyvdə yaşayan bacısı 1991-ci il təvəllüdlü Gülnar Rahib qızı Rüstəmli oktyabrın 8-i saat 16 radələrində evdən çıxaraq Bakı Avtovağzalından naməlum istiqamətdə gedərək xəbərsiz itkin düşüb.
Faktla bağlı Binəqədi Rayonu Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin