Binəqədidə iki ev və maşın yanıb

0
bineqedi-yangin-fhn-yanginsondurme

Binəqədi rayonunda güclü yanğın baş verib.

Bineqedi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı ev və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobili, eləcə də ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli evin dam örtüyü 120 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin