Bakıda küçədə ərin arvadını qətlə yetirməsinin TƏFƏRRÜATLARI

0
bineqedi-qetl-olum-qeza

Bakıda küçədə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Bineqedi.info “Trend”ə istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.

Oktyabrın 6-da axşam saat 18:15 radələrində Biləcəri qəsəbəsi, Nəsimi küçəsi. ev 29, mənzil 3-də yaşayan, 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış. Həmin vaxt N.Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında N.Məmmədovla həyat yoldaşı L.Məmmədova arasında mübahisə yaranıb. Mübahisə nəticəsində N.Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.

Bu vaxt N.Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinaət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxs saxlanılıb.

***
Bakıda ər arvadını qətlə yetirib.
Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb.
Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb.
L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub.
Qadın hadisə yerində həyatını itirib.
Hadisəni törədən N. Abullayev Binəqəldi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin