YAP Binəqədi Rayon Təşkilatı “Beynəlxalq Müəllimlər Günü”nü belə qeyd edib – Fotolar

0
yap-bineqedi-rayon-teskilari-ramiz-goyusov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, S.Məmmədova küçəsi 205 ünvanlı ərazi ilk partiya təşkilatında  Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.

Bineqedi.info xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, 246 nömrəli məktəb-liseyin direktoru, ərazi ilk partiya təşkilatının sədri Nəbi Mahmudov, 283 nömrəli məktəbin direktoru, YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova, 284 nömrəli məktəbin direktoru Nizami Novruzov və partiya fəalları iştirak ediblər.

yap-bineqedi-rayon-teskilari-ramiz-goyusov1.jpeg

Tədbiri giriş nitqi ilə açan Nəbi Mahmudov deyib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü insanlar yetişir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində iştirak edən insanlar məhz müəllim əməyinin yetişdirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.

Sonra Ramiz Göyüşov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Müəllimə ən yüksək adın ümummilli lider Heydər Əliyev tərəfindən “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyərək qiymət verdiyini bildirib.

yap-bineqedi-rayon-teskilari-ramiz-goyusov2.jpegDaha sonra Ramiz Göyüşov deyib ki, göstərilən qayğının nəticəsi olaraq son illər Bakıda və regionlarda 100-dən artıq məktəb tamamilə yenidən qurulub, müəllim və şagirdlərin ixtiyarına verilib.

Tədbir bədii hissə ilə davam edib.

Məktəbli şagirdlərdən ibarət musiqili və bədii-əyləncəli səhnəciklər nümayiş etdirilib. 2019-cu ilin “Nəsimi İli” elan olunması ilə əlaqədar Nəsimi və Topal Teymur kompozisiyası canlandırılıb. Daha sonra məktəbli şagirdlər şeir və rəqsləri ilə müəllimləri təbrik ediblər.

Sonda təhsildə fərqləndiyinə görə bir qrup fəal müəllim fəxri fərman ilə təltif olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin