Binəqədidə təhsil: 83 nömrəli məktəb-lisey barədə məlumatlar

0
83-nomreli-mekteb-lisey

Bakı şəhəri Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov adına 83 nömrəli məktəb 1971-ci ildə fəaliyyətə başlayıb.

Bineqedi.info-nun məlumatına görə, 1994-cü ildə 83 nömrəli tam orta məktəbin bazasında fizika-riyaziyyat-informatika və kimya-biologiya təmayüllü lisey sinifləri açılıb.

83-nomreli-mekteb-lisey1

Lisey sinifləri VIII-XI sinifləri əhatə edir.

Məktəb-liseydə təlim-tərbiyə prosesi yüksək tələbkarlıq və ciddi intizam əsasında qurulub.

Məzunlarının ali təhsil müəssisələrinə qəbulu üzrə məktəb-lisey 2001-ci ildə respublikada 4-cü nəticə göstərib (“Abituriyent” № 12, 2001).

Məktəb-liseyin 5 nəfər məzunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Prezident təqaüdü”nə layiq görülüb.

Əldə etdiyi nəticələrə görə məktəb-lisey 2009 və 2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı məktəbi” seçilib.

Məktəb-liseydə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan 132 nəfər müəllimdən 4 nəfəri fəlsəfə doktoru, 4 nəfəri “Əməkdar müəllim”, 2 nəfəri “Tərəqqi”medalı, 2 nəfəri “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi”, 4 nəfəri “İlin ən yaxşı müəllimi” adına layiq görülüb.

Müəllimlər arasında dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin, o cümlədən: şagirdlərin fəaliyyətinin izlənilməsi və bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün çap olunmuş metodik vəsaitlərin müəllifləri var.

bayramova-almaz-fettah-qizi-direktor-mekteb-lisey

Məktəbin direktoru Bayramova Almaz Fəttah qızıdır.

Almaz Bayramova 2008-2009-cu tədris ilində keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

“Fəal təlimdə pedaqoji texnologiyaların və interaktiv metodların tətbiqi”, “IV siniflərdə riyaziyyatdan çətinliyi artırılmış məsələlər” adlı metodik vəsaitlərin müəllifidir.

Bakı Şəhər Təhsil İdarəsi, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Təhsil sistemindəki uzunmüddətli səmərəli fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə “Fəxri Fərman”la təltif olunub. 2014-cü ildə Təhsil Nazirliyi və Qafqaz Universitetinin təşkil etdiyi “Bu günün və sabahın direktorları” təlim kursunu müvəffəqiyyətlə tamamlayaraq “Uğur sertifikatı” alıb.

2017-ci ildə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən 2016-2017-ci dərs ilində təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.

2018-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Məktəblə əlaqə telefonu: (012) 561-63-66

Email: 83mekteb@bakuedu.gov.az

Ünvan: İ. Dadaşov küçəsi 91

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin