Binəqədidə “Şahmat” birinciliyinin qalibləri məlum olub – Fotolar

0
bineqedi-sahmat-yaris-gencler-idman1

Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 sentyabr 2019-cu il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində məktəblilər arasında “Şahmat” birinciliyi keçirilib.

Bineqedi.info xəbər verir ki, yarışa “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Xalidə Həsənova hakimlik edib.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov iştirak edib.

bineqedi-sahmat-yaris-gencler-idman

“Şahmat” birinciliyinin nəticəsinə görə I yeri 244 №-li tam orta məktəbin komandası, II 246 №-li məktəb-liseyin komandası, III yeri 126 №-li tam orta məktəbin komandası tutub.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin