Binəqədidə Latviyanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri ilə görüş – Fotolar

0

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Latviyanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Daynis Qarançsı qəbul edib.

Bineqedi.info saytı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, ilk olaraq İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev səfir Daynis Qarançs və xanımına rayon haqqında məlumat verib. Elxan Allahverdiyev Republikamızda gedən inkişafın Binəqədi rayonunda da əks olunduğunu qeyd edib.

Görüş zamanı Daynis Qarançsə Binəqədi rayonu adından xatirə hədiyyələri təqdim edib.

bineqedi-rayon-icra-hakimiyyeti-elxan1

Sonra Binəqədi Rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Latviyanın Kamolinş rəqs qrupunun iştirakı ilə tədbir keçirilib.

bineqedi-rayonu1

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İsgəndər Cahangirzadə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Rayon ictimaiyyəti,rayon sakinləri iştirak ediblər.

Tədbir zamanı iştirakçılar Kamolinş qrupunun hazırladığı rəqsləri izləyiblər.

bineqedi-rayonu2

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin