YAP Binəqədi rayon təşkilatında görüş – Fotolar

0

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib.

Bineqedi.info xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları, üzv olmaq üçün müraciət etmiş şəxslər və müvafiq ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov görüş iştirakçılarını salamlayıb. Son illər ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, bunun məntiqi nəticəsi olaraq bütün sahələrin inkişafına hədəflənmiş islahatlardan bəhs edib.

Əhalinin sosial şəraitinin, rifah halının daha da yüksəldilməsi, onların mövcud problemlərinin həlli, daxili ictimai-siyasi sabitliyin təmin olunması və s. istiqamətində görülən işlərdən danışıb.

yap-bineqedi-ramiz-goyusov1

Ramiz Göyüşov son illər ərzində partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə rayon təşkilatında görüşlərin keçirildiyini, namizədlərlə şəxsən söhbətlərin, müxtəlif mövzular ətrafında fikir mübadiləsinin aparıldığını qeyd edib. Söhbət zaman həmin şəxslərin Prezident cənab İlham Əliyevi dəstəklədiklərini, məhz bu dəstəyin ifadəsi olaraq YAP sıralarına qoşulmaq arzusunda olduqlarını bildirib.

Daha sonra namizədlərlə söhbət aparılıb. Görüş diskussiya şəklində davam etdirilib.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin