Deputat Rafael Cəbrayılov mandatından imtina edib

0

Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.

Bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, Ə. Hüseynli deyib ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.

Parlament müraciəti Mərkəzi Seçki Komissiyasına göndərəcək və Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.

Qeyd edək ki, Rafael Cəbrayılov III çağırış Azərbaycan Milli Məclisinin deputatıdır.

Sonuncu çağırışda o, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib.

Bir müddət əvvəl Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olan Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin