Binəqədidə 11 yaşlı qız yanğında ölüb

0
bineqedi-yangin-fhn-menzil

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Bineqedi.info saytı FHN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin