Binəqədinin millət vəkili – Quliyev Azay Əjdər oğlu

0
azay-quliyev-deputat-bineqedi1.jpg

Azay Quliyev 23 iyun 1971-ci ildə Ermənistan SSR-in, Sisian rayonunun Vağudi kəndində anadan olub.

1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun “Beynəlxalq Dövlət İdarəçilik Proqramı”nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, “Kennedy School”da “QHT Liderləri üçün Strateji İdarəetmə” proqramında, 2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil alıb.

azay-quliyev-deputat-bineqedi

Bineqedi.info saytı xəbər verir ki, 2015-ci ildə (V çağırış) 8 saylı Binəqədi birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib.

2013-cü ildə  “Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə” mövzusunda dissertasiya işi müdafiə edib.

Siyasi elmlər üzrə Fəlsəfə Doktorudur.

30-dan çox elmi məqalənin müəllifidir.  Elmi məqalələri ABŞ, Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər Avropa ölkələrinin nüfuzlu jurnallarında dərc olunub.

“Könüllü fəaliyyət” haqqında Azərbaycan Respublikasının Qanunu (2009) və “İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının Qanununun (2013) müəlifidir.

“ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi” (2013), “ATƏT Regionunda Mədəni Mülkiyyətin Qorunması” (2014), “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” (2015) və “Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması” (2018) beynəlxalq qətnamələrin müəllifidir.

azay-quliyev-deputat-bineqedi2.jpg

Azay Quliyev 1999-cu ildən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının, 2001-ci ildən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının, 2005-ci ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının vəİnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun, 2013-cü ildən Azərbaycan Respublikasının Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyasının üzvüdür.

1993-1998-ci illərdə “Elitar” Gənclər Klubunun və “Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı” İctimai Birliyinin sədri, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti vəzifəsində çalışıb, 2012-ci ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri QHT-lərinin Forumunun prezidentidir. Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədridir.

azay-quliyev-deputat-bineqedi3.jpg

2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədridir.

İngilis, rus və türk dillərini bilir.
Ailəlidir, üç övladı var.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin