Binəqədidə şəhid şair Ülvi Bünyadzadə yad olunub – Fotolar

0
sehid-sair-ulvi-bunyadzade-bineqedi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli kitabxana-filialında şəhid şair, publisist Ülvi Bünyadzadənin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal təşkil olunub.

Bineqedi.info saytı xəbər verir ki, 6 nömrəli kitabxana filialın müdiri Mərziyə Hüseynli Ülvi Bünyadzadənin qısa, mənalı həyat və yaradıcılığı barədə oxuculara məlumat verib.

sehid-sair-ulvi-bunyadzade-bineqedi1

Qeyd edib ki, Ülvi hələ orta məktəbdə oxuyarkən müxtəlif şeirlər, bədii, publisistik məqalələr yazıb. Tələbəlik illərində fəal ictimaiyyətçi kimi tanınıb. İngilis, ərəb, fars, rus dillərində yazıb-oxumağı öyrənib.
19 yanvar 1990-cı ildə Bakıya girən Sovet ordusunun qarşısına çıxan qəhrəmanlardan biri də o olub, dinc piketin gülləbaran edilməsinə dözməyərək sinəsini xalqına tuşlanmış gülləyə sipər edib, şəhid olub.

sehid-sair-ulvi-bunyadzade-bineqedi2

Ülvinin 200-dən çox şeiri, Əfqanıstanda döyüşən həmvətənlərinə həsr olunmuş “Ömür yolu” poeması, “Qansızlar” povesti, qırxa yaxın hekayəsi dünya ədəbiyyatından orijinal tərcümələri yadigar qalıb.
Sonda oxucular “Ülvi Bünyadzadə-50” başlıqlı sərgi ilə tanış olublar.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin