Binəqədidə 21 yaşlı gənc niyə bıçaqlanıb? – Məhkəmə

0
bineqedi-kendi-bineqedi-binagadi

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Mirzə Xankişiyevin sədriyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib. O bildirib ki, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, O.Əliyev barəsində irəli sürülən adam öldürməyə cəhd maddəsi qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilib və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Tayqa” marketin yaxınlığında baş verib.

1998-ci il təvəllüdlü Zaman Qərib oğlu Rüstəmov çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində Orxan Elxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.

O.Əliyevə əvvəlcə Cinayət Məsəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra onun əməli 29, 120.2-ci (xuluqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.report

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin