Binəqədidə təhsil: 283 nömrəli tam orta məktəb barədə məlumatlar

0
bineqedi-rayonu-283-nomreli-mekteb3

Bakı şəhəri, Binəqədi rayonu 283 nömrəli tam orta məktəb 1988-ci ildən 2 təlim dili (Azərbaycan dili və rus dili) olmaqla fəaliyyət göstərir.

Bineqedi.info saytı xəbər verir ki, 2019-2020-ci tədris ilində məktəbdə 1379 nəfər şagird 50 sinif olmaqla komplektləşdirilib.

4 qrup Azərbaycan bölməsi üzrə 120 nəfər beşyaşlı uşaq məktəbəhazırlıq qrupunda təhsil alır.

Məktəbdə 141 nəfər müəllim çalışır. Məktəb 2 növbəli, 5 günlük iş həftəsi ilə işləyir.

2009-cu ildən etibarən məktəb Rus dilinin intensiv tədrisi layihəsinə qoşulub.

Bakı şəhəri 283 №-li tam orta məktəb 2010-2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olub. Məktəbdə nəinki rayon miqyasında, eləcə də Respublikanın Əməkdar müəllimi adını qazanan, dərslik müəllifi olan, müxtəlif treninqlərdə, layihələrdə iştirak edən müəllimlər var.

Olimpiadanın Şəhər, Respublika turlarının qalibləri, qəbul imtahanlarında yüksək nəticələrə görə Prezident təqaüdü alan məzunlar var.

bineqedi-rayonu-283-nomreli-mekteb1

2015-ci ilin sentyabr ayının 7-də əsaslı təmirdən sonra Prezident İlham Əliyev məktəbdə olaraq görülən işlərlə yaxından tanış olub, müəllim kollektivinə və şagirdlərə təhsil uğurları arzulayıb.

bineqedi-rayonu-283-nomreli-mekteb2

Məktəb müasir tələblərə cavab verən təlim – tədris imkanlarına və infrastruktura malikdir.

Məktəb 2017-2018-ci tədris ilindən etibarən fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsil mərkəzidir.

Məktəbin 2019–cu ilin məzunu Nağızadə Fərid Musa oğlu riyaziyyat fənni üzrə olimpiadanın finalçısı olub, bürünc medala layiq görülüb. 2018–2019–cu tədris ilində məktəbin X sinif şagirdi Camalova Reyhan Rauf qızı Sabahın Alimləri VIII Respublika müsabiqəsində qızıl medal qazanaraq ABŞ–da keçirilən “İNTEL və İSEF” beynəlxalq Elm və Mühəndislik sərgisində Azərbaycanı təmsil edib.

bineqedi-rayonu-283-nomreli-mekteb

2019–cu ildə ümumi orta təhsil pilləsi üzrə təlim göstəricilərinə görə məktəb Bakı şəhərinə tabe ümumi orta məktəbləri üzrə 24–cü, Binəqədi rayonu üzrə 2–ci yerə qədər irəliləyib.

Ötən tədris ilində məktəbin 45 məzunundan 36 nəfəri ali məktəbə qəbul olub.

Məktəbin direktoru Zeynalova Tünzalə Həsən qızıdır.

zeynalova-tunzale-hesen-qizi-bineqedi-mekteb

Tünzalə Zeynalova 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi “Potensial məktəb direktorları” təlim kursunu uğurla bitirərək, Bakı şəhəri 283 № li tam orta məktəbə direktor təyin olunub. 2000-ci ildən YAP-ın üzvüdür. 2017-ci ildən YAP Binəqədi rayon Təşkilatının sədr müavinidir.bineqedi-rayonu-283-nomreli-mekteb-tunzale-zeynalova

Məktəbin ünvanı: S. S. Axundov küçəsi 3123

Əlaqə telefonu: (012) 561-78-43

Bineqedi.info

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin