Binəqədidə təhsil: 3 saylı tam orta məktəb barədə məlumatlar

0
bineqedi-rayonu-mekteb-uc-nomreli

Bakı şəhəri, Binəqədi rayonu R. Əliyev adına 3 saylı tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir. Bineqedi.info xəbər verir ki, bu müddət ərzində məktəb bir sıra müvəffəqiyyətlərə imza atıb.

Amma 2009-cu və 2015-ci illəri məktəb üçün xüsusən uğurlu il hesab etmək olar.

Həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil nazirliyi tərəfindən həyata keçirilən “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub.

natevan-esedova-bineqedi-mekteb-direktor

Məktəbin direktoru Əsədova Natəvan Şükür qızıdır. Natəvan Əsədova Bakı şəhərində anadan olub. Bakalavr təhsilini Bakı Dövlət Universitetində alan Natəvan xanım 2012- ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2015-ci ildən Bakı şəhəri 3 nömrəli tam orta məktəbin direktoru olaraq fəaliyyət göstərir.

bineqedi-rayonu-mekteb-uc-nomreli1.jpg

R. Əliyev adına 3 saylı tam orta məktəb 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2014-2015-ci tədris ilinin ən yaxşı təhsil müəssisəsi adına layiq görülüb.

natevan-esedova-bineqedi-mekteb-direktor1

Təhsil ocağımızda müasir tələblərə cavab verən kimya və fizika fənləri üzrə laboratoriyalar, müasir tələblərə cavab verən idman zalı və hərbi kabinet, 2 informatika və 2 linqofon otağı, “Sağlam təhsil-sağlam millət” layihəsi əsasında hazırlanmış xüsusi sinif otağı, İKT avadanlığı ilə təmin olunmuş akt zalı, kitabxana, həkim otağı var.

Məktəbdə İKT avadanlıqları ilə təchiz olunmuş otaqlar, 11 ağıllı lövhə, 58 kompüter, 8 proyektor mövcuddur. Belə ki, ibtidai siniflər üçün 4 dərnək, 2 günüuzadılmış və 3 məktəbə hazırlıq qrupları fəaliyyət göstərir.

bineqedi-rayonu-mekteb-uc-nomreli2.jpg

Pilot layihə əsasında I-IX siniflərdə rus dili intensiv tədris edilir. Məktəbimiz 2015-2016-cı ildə birinci siniflərdə “Sağlam təhsil – sağlam millət”, I-IX siniflərdə rus dili üzrə intensiv tədris, ”Təhsilin təmayüllər üzrə təşkili”, Məktəb İcma Qurumlarının məktəblərdə təşkili layihələrinə qoşulub.

Şagirdlərin təhsili və təlim-tərbiyəsi ilə böyük potensiala malik 139 nəfərdən ibarət müəllim kollektivi məşğul olur. Kollektivin 92%-i ali təhsillidirlər. Bunlardan iki nəfəri isə fəlsəfə doktorları – Əsədova Natəvan Şükür qızı riyaziyyat üzrə, Həsənova Sevinc Mirzağa qızı fizika üzrə fəlsəfə doktorları, bir nəfəri – Möhbalıyeva Aidə Mehman qızı Respublikanın əməkdar müəllimi, bir nəfəri Abbasov Ziyafət Sabir oğlu Təhsil Problemləri İnstitutunun dissertantıdır. İki müəllimi – coğrafiya müəllimi İsgəndərova Şahsənəm Veysəl qızı və biologiya müəllimi Elyazova Məhsəti Cəfər qızı TQDK-nın ekspert qrupunun üzvüdür. Ş.İsgəndərova,İ.Nəbiyeva kurikulum islahatının həyata keçirilməsi istiqamətində birbaşa mentorluq fəaliyyəti ilə yanaşı eyni zamanda dərsliklərin hazırlanmasında rəyçidir. İki nəfər – Hüseynova Mayisə Ağababa qızı və Əliyeva Afət Nəriman qızı “İlin ən yaxşı” müəllimi adına layiq görülüblər. Son illər ərzində məktəbimizi bitirən istedadlı məzunların imtahandan əldə etdikləri uğurlu nəticələr daha ürək açandır. Məktəbin məzunları Azərbaycan Respublikası ilə yanaşı, Kanadanın, Böyük Britaniya və Şimali İrlandiya Krallığının, Rusiyanın, Polşanın, Türkiyənin, Koreyanın, Litvanın və digər dövlətlərin nüfuzlu universitetlərində təhsil alırlar.

Məktəbin müəllimləri şagirdlərin hərtərəfli inkişafına da qayğı ilə yanaşırlar. Bədən tərbiyəsi və fiziki hazırlığın möhkəmləndirilməsi, həmçinin yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində görülən işlərimiz də öz bəhrəsini verib. Dünyada və Respublika miqyasında keçirilən bir sıra yarışlarda bu təhsil ocağının şagirdləri fəxri kürsünün pillələrində yer alıblar. Onlardan Zülfüqarlı Niyaz Ömər oğlu,Məhizadə Həsən Valeh oğlu, Məmmədov Ümid Ceyhun oğlu, Məhizadə Məhi Valeh oğlu, Xəlilov Ayxan Vaqif oğlu, Dadaşzadə Əlhəm İlqar oğlu, Osmanov Cavid Osman oğlu bu yüksək nəticələrə imza atıblar.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin