Binəqədidə futbolçunun evindən oğurluq edən şəxslər saxlanılıb

0

Sentyabrın 10-da saat 16 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayan M.Əmrəlinin evindən pəncərədən girərək 17 min manat və 20 min ABŞ dolları, habelə 3 mobil telefon və 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə müraciət daxil olub.

Bineqedi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, hadisə yerinə gələn polis əməkdaşları müvafiq tədbirlər həyata keçirib və bu cinayət əməlini törədən iki nəfər qısa müddətdə müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Vəliyev və bir yeniyetmə DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Tədqiqatlar idarələrinin və 40-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin