Binəqədi rayon MKS-nin kollektivi Üzeyir Hacıbəylinin Ev Muzeyini ziyarət edib

0

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının kollektivi – filial müdirləri, şöbə müdirləri Milli Musiqi Günü ilə əlaqədar, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin Ev Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı qonaqlara dahi şəxsiyyətin yaşayıb-yaratdığı otaq, fortepianosu, iş masası, yarımçıq qaldığı əsər, qonaq otağı, yataq otağı, hədiyyələri, arxiv fotoşəkilləri haqqında geniş məlumat verilib.

18 sentyabr  Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının “Leyli və Məcnun”un, Azərbaycan Dövlət Konservatoriyasının, ilk simli kvartetin, ilk dövlət xorunun, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.az.baku-art.com

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin