Yol polisləri Binəqədi məktəblərində maarifləndirici tədbir keçirib

0
yol-polisi-bineqedi-dyp

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəblərdə maarifləndirici aksiyalar keçiriblər.

Bineqedi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şöbənin əməkdaşları Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış və maarifləndirici şüarların əks olunduğu plakatları rayon ərazisindəki məktəblərin binalarının üzərinə vurublar. Yol polisi əməkdaşları müəllimlər və valideynlərlə təbliğat xarakterli söhbətlər aparıb, yol hərəkəti qaydaları şagirdlərə izah edilib. Valideynlərə tövsiyə olunub ki, avtomobillərini məktəblərin önündə saxlamasınlar.

Şagirdlərə yol polisi tərəfindən hazırlanmış maarifləndirici kitabçalar, müxtəlif hədiyyələr verilib.

yol-polisi-bineqedi-dyp1

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin