Azərbaycanda möcüzəli müalicəvi istirahət mərkəzi – Ən ağır xəstələr də burada şəfa tapır

0

Azərbaycanda müalicəvi istirahət mərkəzləri çoxdur. Müalicəvi istirahəti effektli keçirmək üçün isə sanatoriya seçimini düzgün etmək çox vacibdir.

Azərbaycanın dilbər guşələrindən olan Naftalan, müalicəvi istirahət mərkəzləri ilə nəinki ölkəmizdə, həm də qonşu və dünyanın bir çox ölkələrində məşhurdur. Təkcə Rusiyadan hər il minlərlə insan müalicə məqsədilə bura üz tutur.

naftalan-vannasi-mualicevi-neft3.jpeg

Bineqedi.info xəbər verir ki, müalicə məqsədilə hər il minlərlə yerli və əcnəbi vətəndaşın üz tutduğu, nümunəvi sağlamlıq mərkəzlərindən biri də “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzidir. Müalicəvi sanatoriya axtaranlar üçün ən yaxşı təklifimiz “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzidir.

naftalan-vannasi-mualicevi-neft1

Müştərilən əksəriyyəti bu sanatoriyanın imkanlarını, işçi heyətin peşəkarlığını, diqqətini, üstünlüyünü və müalicəsinin effektliyini gördükləri üçün öz yaxınlarına da “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinə üz tutmağı məsləhət görürlər. Mərkəzin rəhbərindən sıravi işçilərinədək – kollektivin bura müalicəyə gələn insanlara gülərüz, mehriban münasibəti də hər kəsin ürəyincədir. 

“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi Naftalan möcüzəsinin şahidi və iştirakçısı olmaq üçün sizləri dəvət edir. Məlumat üçün bildirək ki, mərkəzdə orta müalicə müddəti 15 gündür. Mərkəzə qəbul Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yollayışları ilə və sifarişlə həyata keçirilir. Mərkəz ilboyu fəaliyyət göstərir. Mərkəzə müraciət edənlər ilk növbədə, hərtərəfli müayinələrdən keçirlər. Klinik-diaqnostik, biokimyəvi laboratoriya, elektrokardioqrafiya kabineti, ultrasəslə müayinə kabineti, terapevt, nevropatoloq, kardioloq,  ginekoloq,  uroloq,  LOR, stomatoloq kimi mütəxəssis kabinetləri xəstələrin vaxtında müayinə olunmasına və düzgün diaqnoz qoyulmasına təminat  verir.

naftalan-vannasi-mualicevi-neft5.jpeg

Mərkəzdə orta müalicə müddəti 15 gündür. 15 gün ərzində 10-11 naftalan vannası, hər biri 10-11 seans olmaqla digər müalicələr qəbul edilir. Mərkəzdə xəstələrin diaqnozundan asılı olaraq onlara ilk növbədə, naftalan vannası və ya yod-brom vannası və xəstəlikdən asılı olaraq massaj, MBT və fizioterapiya müalicə kursu təyin edilir.

naftalan-vannasi-mualicevi-neft4.jpeg

“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində xəstələrin müalicəsi kompleks şəkildə aparılır. Müalicə kompleksinə masaj, vibromasaj, elektroforez, darsonvalizasiya, maqnitoterapiya, lazerlə müalicə, elektroyuxu, iynəsancma, seragem, müalicə idmanı, naftaparafin applikasiyaları, inhalyasiya, amplipulsterapiya, Naftalan fonoforez, hidrokolonoterapiya, ultrasəslə müayinə ozonoterapiya daxildir.

Naftalan müalicə amili güclü ağrıkəsici, iltihab əleyhinə, damargenəldici, allergiya əleyhinə, hormonabənzər təsirlərə malikdir, ovogenez, ovulyasiya prosseslərini və spermatogenezi gücləndirir.

Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur. Vannada naftalanın istiliyi 37-38*C-dir. Vanna qəbulu müddəti – birinci vannada 8 dəqiqə, qalan vannaların qəbulu zamanı 10 dəqiqədir.

 İlk vannalar günaşırı təyin olunur, qalan vannalar 2-3 gün vanna, bir gün  istirahət günü olmaqla qəbul edilir.

 Müalicə kursu 10-12 naftalan vannası təşkil edir.

 Naftalan vannaları ümumi naftalan vannası, oturaq naftalan vannası və aşağı  ətraflar üçün naftalan vannası şəklində təyin olunur. Ümumi naftalan vannası-xəstə vannada uzanır, ürək nahiyəsi naftalandan xaricdə qalmalıdır.

Oturaq Naftalan vannası – xəstə qurşağadək naftalan vannasının içərisində  oturur, ehtiyac olarsa, qollarını da dirsəyədək vannaya salır.

 Aşağı ətraflar üçün naftalan vannası – xəstə xüsusi oturacağın üstündə oturur, ayaqlarını dizdən yuxarıyadək naftalan vannasının içərisində yerləşdirir.

 Vanna qəbulundan sonra xəstə  naftalanın qalığından təmizlənir, xüsusi kağızla silinir və duş qəbul edir. Duşxanada suyun altına keçməzdən qabaq hamam lifini  isladıb sabunlayıb quru bədəni liflə sabunlamaq, sonra duşun altına keçib  yuyunmaq lazımdır. Belə olduqda naftalan bədəndən asan təmizlənir. Duşda  suyun istiliyi 38-39 C olmalıdır, duş qəbulu müddəti isə 15-20 dəqiqədən artıq olmamalıdır. Vanna qəbulundan sonra duş qəbul edərkən başı yumaq məsləhət deyil. Vanna qəbulundan sonra xəstə 1 saatadək dincəlməlidir.

 Naftalan müalicəsi qəbul edərkən, adətən birinci -dördüncü vanna qəbulu  zamanı balneoreaksiya baş verir: xəstədə ümumi zəiflik, iştahasızlıq, yüngül baş ağrıları,  yuxusuzluq və ya yuxululuq, bağırsaq pozulması kimi ümumi əlamətlər və ağrıların güclənməsi, dəri səpgiləri, ətrafların dərisində hemorragiyalar (göy ləkələr) kimi əlamətlər baş verə bilər. Vanna qəbulu qaydalarına düzgün əməl  etdikdə bu əlamətlər müalicə kursunun sonunadək keçir.

 Balneoreaksiya baş verdikdə müalicə həkiminə müraciət etmək lazımdır.

Naftalan müalicəsinin təsiri müalicədən sonrakı 1,5–2 ay ərzində davam edir və  bundan sonra stabil effekt alınır.

 Mərkəzə üz tutub şəfa tapmaq istəyənlər üçün ünvanı və əlaqə nömrələrini təqdim edirik.

Ünvan:  AZ 4600, Azərbaycan Respublikası Naftalan şəhəri,  Nizami Gəncəvi 20
“Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi

.

(+994 255) 2-31-65  
  (+994 255) 2-31-95  
Faks: (+994 255) 2-31-65  
     
Direktor: (+99450) 314-36-68  
  (+99455) 682-15-82  
Baş həkim: (+99455) 840-70-47  
   

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin