Bakıda yük maşını ilə avtoxuliqanlıq edib həyəcan yaradan şəxs saxlanılıb – VİDEO

0

Bakıda yük maşını ilə avtoxuliqanlıq edən şəxs saxlanılıb. Hadisə Binəqədi rayonunda baş verib. Yol polisinin uzun təqibindən sonra saxlanılan sürücü 15 gün inzibati qayda da həbs edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib. Bu hadisəsən sonra yol polisi yük maşını idarə edən sürücülərə müraciət edib.

Yol polisinin saxla əmrinə tabe olmayan ağır tonnajlı yük avtomobilin sürücüsü ara yollarda sürətlə hərəkət edir. O, bu hərəkəti ilə ətrafdakılar üçün ciddi təhlükə yaradır.

Bineqedi.info xəbər verir ki, bu görüntü yol patrul xidməti əməkdaşları tərəfindən Binəqədi rayonu Biləcəri yolunda qeydə alınıb. Hətta yük maşınının sürücüsü yolu bağlayan post patrul avtomobilinə də məhəl qoymayaraq qarşı zolaqa keçir və hərəkətə davam edir. Avtomibilin saxlanılmasına iştrək edən Binəqədi rayon Yol patrul xidmətinin əməkdaşı Mehdi Hacıyev hadisə barədə ”Xəzər Xəbər” ə danışıb.

Uzun təqibdən sonra saxlanılan sürücü, Masallı rayon sakini Elçin Qasımov barəsində 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs qərarı verilib. Yol polisi xüsusi ilə şəhər içidə nəqliyyatda hərəkət edən yük maşını sürücülərinə də xəbərdarlıq edib.

Qeyd edək ki, paytaxtın Baksol yolu, Binəqədi şossesi və Biləcəri yolu kimi tanın ərazilərində yük maşınların hərəkətinə daha sıx rast gəlinir və onların iştirakı ilə tez-tez yol nəqliyyat hadisləri qeydə alınır. xezerxeber.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin