Binəqədidə yol keçən qadını “Mercedes” vurdu – FOTO

0

Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info Oxu.Az-a istinadən xəbər verir ki,  90-BN-703 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili rayonun Axundov küçəsində yolu keçmək istəyən piyada, 1979-cu il təvəllüdlü Mahmudova Ramilə Mumar qızını vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin