Binəqədidə qanunu pozan şəxslər cərimələnib – Video

0
Binəqədi Rayon Polis idarəsi maarifləndirici tədbirlər keçirib

Bineqedi.info xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən mütəmadi olaraq keçirilən maarifləndirici profilaktik tədbirlərin davamı olaraq rayon polis əməkdaşları dövlət yol polisi ilə birlikdə rayon ərazisində vətəndaşların növbəti maarifləndirmə işlərini həyata keçirib. Bu dəfə Yol patrul xidməti əməkdaşları Azadlıq metro stansiyasının ətrafında yolu qanunsuz keçən piyadalara qarşı reyd keçirdi.

Ərazidə yerüstü piyada keçidi olmasına baxmayaraq piyadalar qanunsuz yerlərdən keçməyə üstünlük verirlər. Elə bunun nəticəsidir ki, gün ərzində paytaxt ərazisində yolu qanunsuz yerdən keçən yüzlərlə sakin cərimələnir.

Piyada keçidinin bir neçə metrliyindən yolun icazə verilməyən hissəsindən keçən piyadalar kameramızın obyektivindən yayınmadı elə polis əməkdaşlarının da.

Xəbərdarlıq olunan piyada isə bir daha belə hala yol verməyəcəyinə söz verdi.

Bundan başqa Rayon Polis idarəsi tərəfindən azyaşlılara tütün məmulatlarının və alkoqollu içkilərin satışının qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirildi. Belə halların qarşısını almaq üçün polis əməkdaşları xidmətdə olduğu ərazi üzrə daim nəzarətdədirlər.

Bundan başqa siqaret alan azyaşlı barəsində də tədbir görüləcək.

Ümid edirik ki, aparılan bu profilaktik tədbirlərdən vətəndaşlar nəticə çıxararaq qayda pozuntularına yol verməyəcək. Çünki qaydalara əməl etmək həm cibimizə xeyirdi həm də sağlamlığımıza.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin