Binəqədidə iki avtomobil toqquşdu: beş yaralı var – FOTO

0

Binəqədi rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bineqedi.info Oxu.Az-a istinadən xəbər verir ki,  Biləcəri qəsəbəsində “Ford” və “Mitsubishi” markalı 2 avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Onlar 1985-ci il təvəllüdlü Əliyev Ceyhun Muxtar oğlu, 1948-ci il təvəllüdlü Ağayev Namik Əbülfəz oğlu, 1963-cü il təvəllüdlü Baxışova Nəzakət Mütəllim qızı, 1962-ci il təvəllüdlü Hüseynova Şahnaz Allahverən qızı və 1990-cı il təvəllüdlü Hüseynova Arzu Nizami qızıdır.

Yaralılar dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin