Binəqədili gənclərin daha bir uğuru – Onları siz də tanıyın

0

Azərbaycan Respublikasının Gənclər Fondu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə 23 may – 23 iyun 2019-cu il tarixlərində müsabiqə elan etmişdir.

Müsahibələrin nəticələri, şəxslərin akademik göstəriciləri (qəbul balı, təhsili üzrə orta müvəffəqiyyət göstəricisi, beynəlxalq dil qiymətləndirilməsi və s.) nəzərə alınmaqla müqayisəli şəkildə təhlil edilərək “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə bir qrup gəncin təhsil xərcinin maliyyələşdirilməsinə qərar verilmişdir.

Bineqedi.info xəbər verir ki, onların içərisində Binəqədi rayonunun gəncləri Sevinc Qafarlı və Fatimeyizəhra Nəbizadə də var. Gənclərimizin təhsildə qazandıqları nailiyyətlər haqqında məlumatı nəzərinizə çatdırırıq. Sevinc Qafarlı – Binəqədi rayonu 244 №-li tam orta məktəbi 2013-cü ildə bitirmiş, 695 balla Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına daxil olmuş, Prezident təqaüdünə layiq görülmüşdür. “SOCAR Yay məktəbi 2015”-i uğurla bitirib. 2014/2015-ci tədris ili üzrə yüksək təhsil göstəricilərinə görə Birləşmiş Krallığın Heriot-Watt University-nin mükafatı ilə təltif edilib. SOCAR GPC layihəsində texniki məsələlər üzrə kiçik mühəndis kimi fəaliyyət göstərib. 2019-cu ildə “İnvest Your Talent in İtaly” təqaüdünü qazanaraq kimya mühəndisliyi ixtisası üzrə Milan Politexnik Universitetinə (Politecnico di Milano) magistratura səviyyəsinə qəbul olunub. Fatimeyizəhra Nəbizadə 2014-cü ildə orta məktəbi qızıl medalla bitirərək 700 balla Bakı Mühəndislik Universitetinə daxil olmuş, Prezident təqaüdünə layiq görülmüşdür. 2016-cı ildə London yay məktəbində iştirak edib. Həmin il SPE (Society of Petroleum Engineers) Young Talents proqramına qəbul olunub. 2017-ci ildə SOCAR Foster Viler Mühəndislik Xidmətlərində təcrübə keçib. Təcrübə zamanı fərqləndiyinə görə həmin şirkətdə işlə təmin edilib. 2019-cu ildə Birləşmiş Krallığın Imperial College London Universitetinə qəbul olunub.

GƏNCLƏRİMİZƏ UĞURLAR ARZULAYIRIQ!

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin