Binəqədidə azyaşlı bacı-qardaşı oğurlayan qadınla bağlı maraqlı – Təfərrüat

0

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.

Bineqedi.info xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin report-a verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir:

“İstintaq gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

İctimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü Nargilə Quliyeva tutularaq istintaqa təhvil verilib”.

Azyaşlı bacı-qardaşın oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

bineqedi-ogurluq-usaq-berde

Qeyd edək ki, uşaqların anası Çiçək Aslanova Unikal.org-a açıqlamasında işlədiyi kafeyə gəlmiş Bərdədən olan uşaqlı qadını qonaq saxlaması barədə bunları deyib: “Mənim öz günahıma görə, övladlarımı oğurlayıblar. Deməli işlədiyim kafeyə bir qadın gəldi ki, acam. Yanında övladı da var idi.Dedi ki, Bərdə rayonundanam.Həyat yoldaşım rəhmətə gedəndən sonra qardaşlarım məndən imtina edib.Yemək verdim.Dedim arada gəlin evimdə çimin.Bunu gətirdim evimə yemək verdim.Axşam yatdıq.Səhər oyananda gördüm həmin qadının övladı yatır.Ürəyim gəlmədi oyadım.Sonra qadına dedim ki, mən işə gedirəm, axşam gələcəm. Ona dedim ki, övladı oyananda yemək yeyib çıxıb gedərlər.Sonra mən işlədiyim kafeyə getdim.Sonra narahat olduğum üçün yaxında qalan tanışıma dedim ki, gedib evimə baxsın. Həmin tanışım evimə gedəndən sonra dedi ki, həmin qadın kirayə qaldığım evdən uşaqlarımı oğurlayıb”.

Çiçək Aslanovanın sözlərinə görə, həmin qadın qaraçı imiş. Uşaqları özü ilə Bərdəyə aparıbmış.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin