YAP Binəqədi Rayon Təşkilatının idarə heyətinin üzvü hərbi hissədə and içib

0
yap-bineqedi-rayon-teskilati

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində YAP Binəqədi Rayon Təşkilatının idarə heyətinin üzvü Elmir Əlizadənin təntənəli andiçmə mərasimi keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, andiçmə mərasimində YAP Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədr əvəzedicisi Anar Əliyev, sədr müavini Eldar Qurbanov və fəal gənclər iştirak ediblər.
Andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Dövlət bayrağı fəxri qaravulun müşayiəti ilə sıra meydanına gətirilib.

Gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarına şərəflə əməl edəcəklərinə and içiblər.
Hərbi hissə komandiri hərbi andın əhəmiyyəti haqqında danışaraq gənc əsgərləri əlamətdar gün münasibəti ilə təbrik edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin