YAP Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri and içib

0
bineqedi-fhn-andicme-bayraq

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində YAP Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyevin təntənəli andiçmə mərasimi keçirilib.

Bineqedi.info saytı xəbər verir ki, andiçmə mərasimində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin aparat rəhbəri Fərid Nəsibov, Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov, YAP Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədr əvəzedicisi Anar Əliyev, sədr müavinləri Eldar Qurbanov, Cəmilə İsmayılova və fəal gənclər iştirak ediblər.
Andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Dövlət bayrağı fəxri qaravulun müşayiəti ilə sıra meydanına gətirilib. Bölüklər şəklində tribunanın önündə düzülən gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarına şərəflə əməl edəcəklərinə and içiblər.
Hərbi hissə komandiri hərbi andın əhəmiyyəti haqqında danışaraq gənc əsgərləri əlamətdar gün münasibəti ilə təbrik edib.
Hərbi hissə komandirinin Psixoloji təminat üzrə müavinləri gənc əsgərlərə nümunəvi xidmət, gələcək xilasedici kimi baş verə biləcək fövqəladə hal zamanı zərərçəkmiş əhalinin xilas edilməsi üçün igidlik və rəşadət arzulamış, onları əsgəri borcu şərəflə yerinə yetirməyə çağırış ediblər.

bineqedi-fhn-andicme-bayraq1.jpg
Mərasimdə çıxış edən valideynlər Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Azərbaycan Silahlı Qüvvələrinin xüsusi rolu olduğunu vurğulayaraq, bu əlamətdar günün yaratdığı xoş ovqatla ən xoş arzularını dilə gətiriblər.

Mərasim iştirakçıları qarşısında çıxış edən gənc əsgər YAP Binəqədi RT-nın sədri Fəsli Nəbiyev çıxış edərək bildirib ki, vətənimizə, xalqımıza layiqli əsgər olacaq, hərbi anda həmişə sadiq qalacaq və verilən tapşırıqları sözsüz yerinə yetirəcəklər.
Andiçmə mərasimi özfəaliyyət dərnəklərinin bayram konserti proqramı ilə davam etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin