İstirahət günlərində hava necə olacaq? – Proqnoz

0
hava-proqnozu-yagis

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bineqedi.info saytına verilən məlumata görə, Böyük və Kiçik Qafqazdabəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi 11-də arabir güclənəcək. Havanın maksimal temperaturu 30-34° isti təşkil edəcək.

Aran rayonlarında fasilələrlə yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-daəsasən axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi avqustun 11-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-30, bəzi yerlərdə 34 dərəcə isti təşkil edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin