Binəqədidə əməliyyat: narkotik satan dəstə ələ keçdi

0
bineqedi-narkotik-emeliyyat
Binəqədi rayon Polis İdarəsi və 43-cü Polis bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat keçirilib.
Bineqedi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan İmişli rayon sakini Fərahim Əzizov, paytaxt sakinləri Elçin Soltanov, Rəşaiq Şeydayev və Qüdrət İslamov saxlanılıblar.
Onların üzərilərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı 43-cü Polis bölməsində toplanan materiallar rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin