Binəqədidə marketdə yanğının qarşısı mühafizə polisləri tərəfindən alınıb

0
bineqedi-yangin-oba-market

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə təmin olunur. Bunu sübut edən daha bir hadisə Binəqədi rayonunda qeydə alınıb.

Bineqedi.info DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, gecə saatlarında rayon ərazisində xüsusi texniki avadanlıqla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. Binəqədi Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb və marketin daxilində yanğın baş verdiyi müşahidə edilib. Alovun qısa zamanda böyüməsinin və ətraf ərazilərdə olan yaşayış evlərinə keçməsinin qarşısını almaq üçün polis əməkdaşları vaxt itirmədən həyatlarını təhlükə altına qoyaraq obyektin qapısını sındırıb içəri daxil olublar. Yanğının qarşısı polislərin səyi nəticəsində qısa zamanda alınıb və yanğının geniş miqyasda yayılmasına imkan verilməyib.

Obyektə baş verən yanğının səbəbləri araşdırılır. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlara müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün bütün saatlarında etibarlı şəkildə qorunur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin