Bakıda 22 yeni yaşayış massivi qazlaşdırılacaq

0
Bakıda 22 yeni yaşayış massivi qazlaşdırılacaq

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhərinin 5 inzibati rayonunda qazlaşdırma işlərinin aparılması nəzərdə tutulub.

Birlikdən bildirilib ki, proqram üzrə Bakının Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabrında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Məntəqələrin adı  Yeni massivlərin adları
28 May qəsəbəsi Dəmir yolunun alt və üst hissəsində yeni massiv
Binəqədi qəsəbəsi Duzlu göllə üzümlük plantasiyası arasında yerləşən yeni massiv
Biləcəri qəsəbəsi Aslanov küçəsindəki və 4 saylı “Ev Tikmə”Kombinatına gedən yolun sol tərəfindəki ərazilərə düşən yeni massiv
Xəzər rayonu
Binə qəsəbəsi “Atçılıq” adlandırılan ərazidə badam bağlarının ətrafında yeni massiv
Keçmiş Hövsan südçülük sovxozunun ərazisində “Lələtəpə” adlandırılan məhəllədə yeni massiv
“Kanalüstü” adlandırılan ərazidə yeni massiv
Buzovna qəsəbəsi Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki, “Albalılıq” və “Təmənis” adlandırılan ərazilərə düşən yeni massiv
Şüvəlan qəsəbəsi Zirə-Pirallahı yolunun sol tərəfində yeni massiv
“Şüvəlan gülçülük sovxozu”, “Mayak” və “Şimal DRES” adlandırılan ərazilərə düşən yeni massiv
Qaradağ rayonu
Qobustan qəsəbəsi “1-ci massiv”, “1-a massivi” və “2-a massivi” adlandırılan ərazilərə düşən yeni massiv
“1-ci təzə yurd” adlandırılan yeni massiv
Şıxlar qəsəbəsi “Şıxlar” adlandırılan ərazidə yeni massiv
Heybət qəsəbəsi “Heybət stansiyası” adlandırılan ərazidə yeni massiv
Sabunçu rayonu
Kürdəxanı qəsəbəsi “Yeni məhəllə” və “Ləhiş bağları” adlandırılan ərazilərdə yeni massiv
Ramana qəsəbəsi D.Bünyadzadə küçəsində gölün yaxınlığındakı və “Şuşa şəhərciyi” adlandırılan ərazilərə düşən yeni massiv
Maştağa qəsəbəsi “Savalan”, “Yeni məhəllə” və “Xanlar” adlandırılan ərazilərə düşən yeni massiv
“Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv
Zabrat qəsəbəsi “Dağüstü” adlandırılan ərazidə yeni massiv
Nardaran qəsəbəsi “Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv
Suraxanı rayonu
Zığ qəsəbəsi Əmircan-Hövsan yolunun 5-ci kilometrliyinin sağ tərəfindəki və “Dədə Qorqud” adlandırılan əraziyə düşən yeni massiv
Hövsan qəsəbəsi Hövsan-Türkan yolunun sol tərəfindəki ərazidə yeni massiv
Yeni Suraxanı qəsəbəsi Dəmir yolunun yaxınlığındakı ərazidə yeni massiv

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə başçısının 2018-ci il 22 dekabr tarixli Fərmanı ilə Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən SOCAR-a 30 milyon manat vəsait ayrılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin