Binəqədidə “Açıq qapı” formatında növbəti görüş keçirilib – Fotolar

0
bineqedi-qebul-elxan-allahverdiyev

Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati binasında 8-ci mikrorayon sakinləri ilə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin “Açıq qapı” formatında növbəti görüşü keçirilib.

Bineqedi.info xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, xidmət sahələrinin rəhbərləri iştirak edib.

bineqedi-qebul-elxan-allahverdiyev-aciq-qapi.jpg

Görüşə gələn sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

bineqedi-qebul-elxan-allahverdiyev-aciq-qapi3.jpg

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin