Binəqədidə “1 Aləm!” layihəsinə start verilib

0
bineqedi-1-alem-aile

Ailə cəmiyyətin dayağı hesab olunur. Bu dayağın möhkəm olması xalqın, cəmiyyətin və dövlətin də güclü olması deməkdir!
Bineqedi.info xəbər verir ki, bunu nəzərə alaraq Binəqədi Gənclər Evinin təşəbbüsü və təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət tərəfdaşlığı ilə “1 Aləm!” layihəsinə start verilib.

Layihə çərçivəsində:
– İnfoturlar və Gəzintilər- Ailələrlə birlikdə gəzintilər və infoturların təşkil ediləcək;
Müsabiqələr- ailələr arasında müsabiqələrin keçiriləcək;
Təlimlər – valideynlər və uşaqlara təlimlər keçiriləcək;
Təqdimatlar – ailələr seçilmiş mövzularda təqdimatlar təqdim edəcək.
Qeyd edək ki, layihənin əsas istiqaməti sağlam ailələrin formalaşdırılmasına dəstək göstərməkdir.

“1 Aləm!” layihəsi uzun müddətli olması yuxarıda qeyd olunan istiqamətlərə uyğun olaraq nəzərə alınır. Layihədə iştirak etmiş bütün ailələrə təltifetmə və mükafatlandırma olunacaqdır.

Qeydiyyat tarixi: 10 iyul – 31 iyul
Qeydiyyat linki: www.1alem.bge.az

Əlaqə nömrəsi: (012) 561 92 02
Mobil & WhatsApp: (055) 423 92 02
Ünvan: Binəqədi Gənclər Evi (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112)
Email ünvanı: info@bge.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin