Kitabxanada “Ağdam” başlığı altında oxucularla söhbət təşkil edilib

0

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 6 nömrəli filialı açıq havada “İşğal olunmuş rayonlarımız: Ağdam” başlığı altında oxucularla söhbət təşkil edib.

Bineqedi.info saytı xəbər verir ki, ilk olaraq Binəqədi rayon MKS-nin 6 nömrəli filialının kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssisi Xatirə Qəhrəmanova Ağdamın işğalı haqqında danışıb. O, qeyd edib ki, Ağdam rayonu 23 iyul 1993-cü il tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunub. İşğal nəticəsində Ağdam rayonunda 107 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, Çörək Muzeyi, tanınmış xanəndə Qurban Pirimovun Ev Muzeyi, 24 klub, Dram Teatrı, Şəkil Qalereyası dağıdılıb və məhv edilib. İşğaldan əvvəl Ağdam rayonunda Qutlu Musa oğlu türbəsi (1314), Kəngərli kəndindəki türbə (XIV), Papravənd kəndində 2 türbə (XVIII) qeydə alınıb.

Sonra Ağdam rayon sakini Afət Abbasova Ağdamın işğalı zamanı baş verən hadisələrdən danışıb. O, bildirib ki, ağdamlılar düşmənə qarşı 43 gün qəhrəmancasına vuruşublar, amma buna baxmayaraq, Ağdam rayonu ölkənin daxilində baş verən siyasi didişmələrin, təxribat və xəyanətlərin qurbanı olub. Yağı düşmənlər evlərimizi od vurub yandırıblar, mədəniyyət abidələrini dağıdıblar, insanların əmlaklarını qarət ediblər, şəhəri tərk edə bilməyən dinc əhaliyə amansız divan tutublar. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000 nəfər şəhid olub.

Daha sonra kitabxananın fəal oxucuları Qarabağa aid şeirlər söyləyiblər.Sonda “İşğal olunmuş rayonlarımız: Ağdam” başlıqlı sərgi ilə tanış olublar.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin