Binəqədidə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir keçirilib

0

Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Şahmat Günü münasibətilə Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, yeniyetmə və gənclər arasında keçirilmiş turnirin nəticəsinə görə I yeri Sübhan Qədirov, II yeri Vüsal Vəliyev, III yeri Məhəmməd Bağırov tutub. Turnirə Ramil İmanov və Xalidə Həsənova hakimlik edib. Qaliblərin mükafatlandırılması mərasimində Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov iştirak edib. Qaliblərə Vüqar Həşimov Şahmat Akademiyası adından hədiyyələr təqdim edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin