Parkdakı mübahisənin sonu bıçaqlanma oldu

0

Binəqədi rayonunda 25 yaşlı gənc bıçaqlanıb.

Bineqedi.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində baş verib.

1994-cü il təvəllüdlü İsrafilzadə İbrahim Məhbub oğlu parkda tanımadığı şəxslə mübahisə edib.

Nəticədə o, bıçaqlanıb. Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bir neçə bıçaq yarası alan İ.İsrafilzadənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin