Binəqədi qəsəbə sakinlərinin müraciəti əsasında onlarla görüş keçirilib – Fotolar

0

Binəqədi qəsəbəsi, II Mədən, 93-cü korpusda yaşayan sakinlərin müraciəti əsasında onlarla görüş keçirilib.

Bineqedi.info xəbər verir ki, sakinlərlə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əliyev və qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva görüşüblər. Sakinlər sözügedən ünvanda kanalizasiya xətlərinin bərbad vəziyyətə düşdüyünü, bu səbəbdən evlərindən pis qoxu gəldiyini bildiriblər. Eyni zamanda sakinlər bu problem səbəbindən bəzi evlərin zirzəmilərinin qəzalı vəziyyətə düşdüyünü qeyd ediblər. Görüşə gələn rəsmi şəxslər sakinlərin müraciətini qeydə alıblar. Problemlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacaq.

Fotoları təqdim edirik.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin