“Azərbaycan naminə fəal gənclər olaraq əlimizdən gələni edəcəyimizə söz veririk”

0

7-12 Iyul Yeni Azərbaycan Partiyasının təşkil etdiyi Yay Məktəbi çərçivəsində Oğuz səfəri çox gözəl və möhtəşəm idi. Bu layihə həm asudə vaxdlarımızın yaxşı təşkili,həm dünya görüşün artılması, həm istrahət, həmdə maraqlı diskussiyalardan ibarət idi.Qədim tarixə,əsrarəngiz təbiətə malik olan Oğuz rayonu bizdə xoş övqat yaratdı, xüsusi ilə Oğuz rayon Tarix Diyarşünaslıq Muzeyi ilə tanışlıq bizdə zəngin təsürat yaratdı.Respublikanın ayrı-ayrı bölgələrindən gəlmiş Yap fəal gəncləri ilə tanışlıq bizə yeni dostlar qazandırdı.Proqram çərçivəsində müxdəlif bölgələrdən gələn fəal gənclər ilə 5 gün ərzində intellektual və ayləncəli oyunlar oynadıq,natiqlik,liderlik,kollektiv çalışma qabiliyyəti və vətənpərvərlik mövzularında olan təlimlərdə vətənimizi necə sevməli olduğumuzu və ona necə xidmət etməli olduğumuzu bir daha bizə xatırlatdı.Eyni zamanda, partiyamızı təmsil edən deputatlar və hökümət nümayəndələri bizlərin qonağı oldu.Onlarla siyasi və sosial sahələrdə gedən dinamik inkişaf haqqında, müxdəlif mövzular ətrafinda fikirlərimizi bölüşdük.Yay məktəbi bizlərin yaddaşına böyük hərflərlə yazıldı və heçvaxd unudulmayacaq əbədi xatirəyə çevirildi.Üstündən nəqədər zaman, illər keçsə də Yay məktəbinin iştirakşıları ilə inanıramki səmimi dostluğumuz dəvam edəcək.Bu cür şəraitin bizlər üçün yaradılmasına,diqqət və qayğıya görə YAP-ın rəhbərliyinə gənclər və öz adımnan minnətdarlığımızı bildirir, Azərbaycan naminə biz fəal gənclər olaraq əlimizdən gələni edəcəyimizə söz veririk.

Eldar Qurbanov, YAP Binəqədi Rayon təşkilatının gənclər birliyinin sədr müavini

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin