Biləcəridə sakinlər tərəfindən atılmış tullantılar təmizlənib – Fotolar

0
bineqedi-zibil-bileceri

Binəqədi rayonunda sakinlərin rahatlığını təmin etmək, onların problemlərinin həlli istiqamətində tədbirlər davam etdirilir. Bineqedi.info xəbər verir ki, növbət belə tədbirlərdən biri də Biləcəri qəsəbəsində həyata keçirilib. Belə ki, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Biləcəri Bələdiyyəsi tərəfindən qəsəbənin Ordubad küçəsi çörəkbişirmə sexinin qarşısına sakinlər tərəfindən atılmış müxtəlif növ tullantılar və dəyirmana gedən yolda konteynerlərin ətrafına səpilmiş məişət tullantıları yığışdırılıb. Tədbirlər planına əsasən, həmçinin sakinlərin istək və arzularına uyğun olaraq Biləcəri qəsəbəsində yaşıllaşdırma və abadlıq-quruculuq işləri də davam etdirilməkdədir.

bineqedi-zibil-bileceri1

bineqedi-zibil-bileceri1

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin