Binəqədidə 1967-ci ildən fəaliyyət göstərən futbol məktəbi – Foto

0
bineqedi-rayonu-veten-futbol

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov rayonumuzda yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin (RİOEUGFM) kollektivini ziyarət edib.
Bineqedi.info-ya verilən məlumata görə, təşkil edilən görüşdə idarə rəisi Rauf Həsənov, rəis müavini Rüfət Əhmədov, “Vətən” RİOEUGFM-nin rəhbəri Mustafa Həsənov və futbol məktəbinin kollektivi iştirak edib.

Görüşdə cari ildə qarşıya qoyulan vəzifələrin bundan sonra da qarşılıqlı əməkdaşlıq çərçivəsində daha səmərəli həyata keçirilməsi və gənclər arasında sağlam həyat tərzinin təbliği, eləcə də, Binəqədi rayonunda futbola həvəsi olan yeniyetmə və gənclər üçün müvafiq stimullaşdırıcı tədbirlərin görülməsi kimi məsələlər müzakirə edilib.
Xatırladaq ki, 1967-ci ildən fəaliyyət göstərən futbol məktəbində 2000-dən çox idmançı-şagird təhsil alır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin