Binəqədidə əl qumbarası aşkarlandı

0

İyulun 3-də saat 09:41-də Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Binəqədi rayonunun Ə.Naxçıvani küçəsi 24 ünvanında əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Bineqedi.info-ya verilən məlumata görə,  agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Binəqədi Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Qurumun mütəxəssisləri, rayon polis idarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin