Binəqədidə növbəti səyyar görüş – “Açıq qapı” keçirilib – FOTOLAR

0

Binəqədi rayonu Rəsulzadə bələdiyyəsinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin “Açıq qapı” formatında növbəti görüşü keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edib.

Görüşə gələn sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

bineqedi-rayonu-icra-hakimiyyeti

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin