Binəqədidə Dövlət qulluqçularının peşə bayramı qeyd olundu – Fotolar

0
bineqedi-rayonu-dovlet-qulluqculari-pese-bayrami

Binəqədi Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Bineqedi.info Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın dövlət qulluqçuları, RİH başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, Rayon MKTB-nin rəisi və rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və onların dövlət qulluqçuları iştirak edib.

bineqedi-rayonu-dovlet-qulluqculari-pese-bayrami1

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzulayıb.

Natiq qeyd edib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

bineqedi-rayonu-dovlet-qulluqculari-pese-bayrami3

Bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir. Daha sonra mövzu ətrafında çıxış edənlər dövlətə, vətənə xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal örnəyin möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu qeyd ediblər.
Tədbirin sonunda bir qrup dövlət qulluqçusu təltif olunub.

bineqedi-rayonu-dovlet-qulluqculari-pese-bayrami5

bineqedi-rayonu-dovlet-qulluqculari-pese-bayrami5

bineqedi-rayonu-dovlet-qulluqculari-pese-bayrami2

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin