Prezident İlham Əliyevdən yeni təyinatlar – Bu nazirlər vəzifəsindən azad edildi

0
prezident-serencam-ilham-eliyev

Prezident İlham Əliyev Ramil Usubovla bağlı sərəncam verib.

Bineqedi.info xəbər verir ki, sərəncama əsasən R. Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Prezidentin digər sərəncamı ilə R. Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev Vilayət Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Prezident İlham Əliyev digər sətəncamı ilə Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin