YAP Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

0
yap-bineqedi-ramiz-goyusov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov 82 ünvanlı ərazi ilk partiya təşkilatının təsis-seçki yığıncağı keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yığıncağı giriş nitqi ilə açaraq yığıncaq iştirakçılarını salamlayıb. Onlara YAP-ın və rayon təşkilatının yaranma tarixindən geniş bəhs edib. YAP-ın ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin, gərgin əməyinin, Azərbaycan xalqının böyük istək və arzusunun nəticəsi olaraq yaradıldığını diqqətə çatdırıb.
atrium-bineqedi-yap-icraci-direktor-sefer-esgerov
Ramiz Göyüşov, həmçinin YAP-ın və rayon təşkilatının strukturu haqqında ətraflı məlumat verərək bu partiyada böyük ziyalı, dövlətinə və millətinə bağlı komandanın çalışdığını bildirib. Sədr mərkəzin rəhbərinə və oradakı partiya üzvlərinə ərazi ilk partiya təşkilatının yaradılması təklifi ilə çıxış etdikləri üçün minnətdarlığını bildirib. Əməkdaşlığın səmərəli qurulacağına əminliyini ifadə edib və rayon təşkilatı tərəfindən təşkilatın bütün layihələrinə dəstək veriləcəyini söyləyib.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov 82 ünvanlı ərazi ilk partiya təşkilatının təsis edilməsi haqqında məlumat verib, təklif səsə qoyulub və təsdiq edilib.
atrium-bineqedi-yap-icraci-direktor-sefer-esgerov1
Ramiz Göyüşov gündəlikdə duran ikinci məsələ ilə bağlı yeni təsis olunan ərazi ilk partiya təşkilatının partiya üzvlərindən idarə heyətinin, sədr və sədr müavininin seçilməsi üçün təkliflərin irəli sürülməsini qeyd edib, təklif səsə qoyulub və təsdiq edilib.
Qərar əsasən idarə heyəti, Səfər Əsgərov ərazi ilk partiya təşkilatının sədri, Əliş Cəfərov sədr müavini seçilib.
atrium-bineqedi-yap-icraci-direktor-sefer-esgerov2
Ərazi ilk partiya təşkilatının sədri, “Atrium” idman və əyləncə mərkəzinin icraçı direktoru Səfər Əsgərov mərkəz haqqında ətraflı məlumat verib. Əsasən gənclərdən ibarət olan kollektiv üzvlərinin böyük fəxrlə YAP sıralarında təmsil olunduğunu və onların təşəbbüsü əsasında mərkəz üzrə ƏİPT-nın yaradılması təklifinin dəstəklənməsini mühüm hadisə adlandırıb.
Onlara göstərilən etimada görə şəxsən rayon təşkilatının sədri Ramiz Göyüşova və yığıncaq iştirakçılarına təşəkkürünü bildirib. Bu etimadı ən yüksək səviyyədə doğruldacağını və yeni-yeni təşəbbüslərlə, layihələrlə çıxış edəcəklərini diqqətə çatdırıb.
Yığıncaqda çıxış edən digər YAP üzvləri də onların təşəbbüslərinə dəstək verildiyi üçün YAP Binəqədi rayon təşkilatına təşəkkür ediblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin